Bank Of Baku

Lənkəranda baş verən yol-nəqliyyat hadisəsində 3 yaşlı uşaq yaralanıb

Lənkəranda baş verən yol-nəqliyyat hadisəsində 3 yaşlı uşaq yaralanıb
# 25 avqust 2008 07:36 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 3 yaşlı uşaq yaralanıb. Lənkəran Şəhər Polis Şöbəsinin (ŞPŞ) müstəntiqi Famil Həsənovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə rayonun Boladi kəndi ərazisində qeydə alınıb. Şəhər sakini, 1963-cü il təvəllüdlü Rüstəm Nəbi oğlu Əliyevin idarə etdiyi “VAZ-21011” markalı, 42 BC 969 dövlət nömrə nişanlı avtomobil yolun kənarındakı su kanalına düşüb. Nəticədə maşında olan Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Xədicə Anar qızı Qasımlı qapalı kəllə-beyin travması və digər bədən xəsarəti alaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. MRX-dən onun vəziyyətinin orta-ağır olduğu bildirilib.

Faktla bağlı Lənkəran ŞPŞ-də araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR