Bank Of Baku

17 yaşlı Şəki sakini göldə boğulub

17 yaşlı Şəki sakini göldə boğulub
# 25 avqust 2008 07:50 (UTC +04:00)
Şəki. Hafiz Heydərov - APA. 17 yaşlı Şəki sakini göldə boğulub. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki Rayon Prokurorluğundan (RP) məlumat verilib. Rayonun Baltalı kənd sakini, 1991-ci il təvəllüdlü Arzuman Nizami oğlu Qasımov yaşadığı kəndin yaxınlığındakı göldə çimərkən boğularaq ölüb.

Tibbi ekspertiza A. Qasımovun cəsədinin üzərində heç bir zorakılıq əlamətləri aşkar etməyib. Buna baxmayaraq, Rayon Prokurorluğunun istintaq qrupu hadisənin başvermə səbəblərinin aydınlaşdırılması istiqamətində araşdırmalarını davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR