Bank Of Baku

Babək rayonunda 14 yaşlı yeniyetmə əqrəb sancması nəticəsində ölüb

Babək rayonunda 14 yaşlı yeniyetmə əqrəb sancması nəticəsində ölüb
# 25 avqust 2008 08:05 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu – APA. Naxçıvan Muxtar Respublikasının (MR) Babək rayonunda 14 yaşlı yeniyetməni əqrəb sancıb. APA-nın məlumatına görə, rayonun Qaraqala kənd sakini, 1994-cü il təvəllüdlü Bağır Həsənov dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada keçinib. Kənd sakinlərinin sözlərinə görə, mərhum topla oynayarkən deşilmiş topun rezin qatında gizlənən əqrəb onun əlindən sancıb.

Qeyd edək ki, bu, son bir ayda MR ərazisində əqrəb sancması nəticəsində baş verən ikinci ölüm faktıdır. Bundan əvvəl Kəngərli rayonunun Böyükdüz kənd sakini, 11 yaşlı Mehri Təmoyeva bu səbəbdən vəfat edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR