Bank Of Baku

Azərbaycan paytaxtında törədilən partlayışla bağlı cinayət işi başlanıb

Azərbaycan paytaxtında törədilən partlayışla bağlı cinayət işi başlanıb
# 25 avqust 2008 08:14 (UTC +04:00)
Bu barədə APA-ya Baş Prokurorluqdan bildirilib. İş üzrə cinayət işinin istintaqı Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində aparılır. Hələlik hadisə ilə bağlı saxlanılan yoxdur.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi faktla bağlı rəsmi məlumat yayıb. Məlumatda bildirilib ki, avqustun 22-də Xətai rayonunun M.Rüstəmov küçəsindəki elektrotransformator qoyulması üçün nəzərdə tutulmuş tikilinin boş hissəsinin giriş qapısı, oraya təmir işləri aparmağa gəlmiş “Bakıelektrikşəbəkə” ASC-nin elektrikləri tərəfindən açılarkən qapının arxasına bağlanmış, kustar üsulla hazırlanmış partlayıcı maddə partlayıb. Nəticədə Bakı şəhər sakinləri Kamal Bayramov və Elmar İmanov hadisə yerində keçiniblər, xəsarət almış Cəsur Məmmədov xəstəxanaya yerləşdirilib, Pərviz Seyidov və Ramin Qurbanov isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR