Bank Of Baku

Lənkəranda yol-nəqliyyat qəzası baş verib

Lənkəranda yol-nəqliyyat qəzası baş verib
# 28 avqust 2008 07:44 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib. Lənkəran Şəhər Polis Şöbəsindən (ŞPŞ) APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə Lənkəran-Boradigah avtomobil yolunun Şağlaser kəndi ərazisində qeydə alınıb. Lənkəran rayonunun Xarxatan kənd sakini, 1955-ci il təvəllüdlü Hüseyn Səndəl oğlu Babayevin idarə etdiyi “BMW” markalı, 10 NR 735 dövlət nömrə nişanlı avtomobil Şağlaser kənd sakini, 1981-ci il təvəllüdlü Namiq Mirəli oğlu Hüseynovun idarə etdiyi “VAZ-21011” markalı, 42 BB 584 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə müxtəlif bədən xəsarətləri alan “VAZ-21011”in sürücüsü Şağlaser kənd ərazi xəstəxanasına yerləşdirilib. Faktla bağlı Lənkəran ŞPŞ-də araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR