Bank Of Baku

“GEN” MMC tərəfindən aldadıldıqlarını iddia edən şəxslər etiraz aksiyası keçiriblər

“GEN” MMC tərəfindən aldadıldıqlarını iddia edən şəxslər etiraz aksiyası keçiriblər
# 29 avqust 2008 10:25 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün “GEN” MMC-nin rəhbəri Elbrus Əliyev tərəfindən aldadıldıqlarını iddia edən bir qrup şəxs Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) binası qarşısında piket keçirib. APA-nın məlumatına görə, aksiya iştirakçıları pullarını mənimsəyən digər şəxslərin həbsini və mənzil üçün ödədikləri pullarının qaytarılmasını tələb ediblər. Zərərçəkənlər şəhər meri Hacıbala Abutalıbovla görüş də tələb ediblər.

H. Abutalıbov isə köməkçilərinin vasitəsilə şikayətçilərə məhkəmə bitdikdən sonra onların problemləri ilə məşğul ola biləcəyini çatdırıb. Buna etiraz edən zərərçəkənlər BŞİH-dən Prezidentin İcra Aparatının binasına gediblər. Aparatdan isə bildirilib ki, məsələ ilə məşğul olmaq üçün H. Abutalıbova lazımi tapşırıq verilib.

Qeyd edək ki, E. Əliyev bu il iyunun 11-də həbs edilib. Onun ifadəsi əsasında müavini Nəbi Məmmədov, şirkətin baş mühasibi Əliyar Abbasov və xəzinədarı Həbib Ağayev də saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və barələrində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Həmin şəxslər vətəndaşları aldadaraq pullarını mənimsəməkdə ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR