Bank Of Baku

Hüquq müdafiəçisi Ramil Usubovla görüşüb

Hüquq müdafiəçisi Ramil Usubovla görüşüb
# 29 avqust 2008 11:23 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gün daxili işlər naziri Ramil Usubovla görüşüb. Komitə sədri APA-ya açıqlamasında bildirib ki, görüşdə polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarında keçirdiyi monitorinqlərin nəticələri, 1 və 3 saylı istintaq təcridxanalarında saxlanılan şəxslərin ona işgəncə faktları ilə bağlı etdikləri müraciətləri nazirin nəzərinə çatdırıb: “Ramil Usubov işgəncə hallarının qəti əleyhinə olduğunu, bunu hər zaman nəzərə çatdırdığını bildirdi. Nazir dedi ki, həmişə olduğu kimi, bu dəfə də mənim qeyd etdiyim məqamlar araşdırılacaq”.
E. Behbudov deyib ki, R. Usubov bir qədər əvvəl onun şəxsi avtomobilindən oğurlanan pulla bağlı etdiyi müraciətinə də toxunub: ”Nazir qeyd etdi ki, mənim maşınımdan edilən qarətlə bağlı məsələ şəxsən onun nəzarəti altındadır, cinayətin açılması üçün bütün tədbirlər görülür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR