Bank Of Baku

Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib
# 29 avqust 2008 11:57 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup üzvü Rusiyanın Azərbaycandakı səfirliyinin binası qarşısında piket keçirib. APA-nın məlumatına görə, aksiyada Rusiyanın Gürcüstan ərazisi olan Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini rəsmi şəkildə tanıması pislənilib. Aksiya iştirakçıları Rusiya Silahlı Qüvvələrinin Gürcüstandan çıxarılmasını tələb ediblər. Aksiyada “Rusiya işğalçılıqdan əl çək” və digər şüarlar səsləndirilib. Piketin bəyanatı isə səfirliyə təqdim olunub.

Bəyanatda Rusiyanın Qafqazdakı hərəkətləri işğalçılıq kimi dəyərləndirilib: “Rusiya atdığı addımlara görə, ciddi cəzalandırılmalı, ona qarşı siyasi və iqtisadi sanksiyalar tətbiq olunmalıdır. Bu təcavüzkar dövlətə beynəlxalq təşkilatlarda yer olmamalıdır. Baş verənlər Azərbaycan üçün də ciddi siqnaldır. Biz Rusiyanın qoşunlarının Gürcüstan və bütövlükdə Cənubi Qafqazdan çıxarılmasını, işğalçı Ermənistana dəstək verməməsini, ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılmasını tələb edirik”.

Aksiya zamanı heç bir insident baş verməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR