Bank Of Baku

Ombudsman Aparatında “Sülh aylığı” ilə bağlı tədbir keçirilib

Ombudsman Aparatında “Sülh aylığı” ilə bağlı tədbir keçirilib
# 30 avqust 2008 00:30 (UTC +04:00)
Bakı. APA. Ombudsman Elmira Süleymanovanın 21 sentyabr – Beynəlxalq Sülh günü münasibətilə müraciətinə əsasən Azərbaycanda 21 avqust – 21 sentyabr tarixlərində keçirilən “Sülh aylığı” ilə bağlı toplantı keçirilib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ombudsman Elmira Süleymanovanın Sülh və İnkişaf Alyansı ilə birlikdə keçirdiyi toplantıda beynəlxalq təşkilatların, ictimai qurumların və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib. Ombudsman “Sülh aylığı” çərçivəsindəki işlər haqqında BMT Baş Katibliyinə, İnsan Hüquqları üzrə Ali Komissarlığına, Beynəlxalq Sülh Bürosuna və digər beynəlxalq qurumlara məlumatlar göndəriləcəyini qeyd edib. E. Süleymanova iştirakçıları “Sülh aylığı”na fəal qoşulmağa çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR