Bank Of Baku

İki Lənkəran sakini yol qəzasında xəsarət alıb

İki Lənkəran sakini yol qəzasında xəsarət alıb
# 29 avqust 2008 15:21 (UTC +04:00)
Ağəddin Babayev. Lənkəran-APA. Bu gün saat 17 radələrində Lənkəran-Boradigah yolunun Lənkəran rayonu Girdəni kəndi ərazisində yol qəzası baş verib. APA-nın Cənub bürosunun məlumatına görə, Girdəni kənd sakini 1966-cı il təvəllüdlü Güləddin Bafəddin Oğlu Hüseynovun idarə etdiyi VAZ -21-06 markalı, 10-BZ-171 dövlət nömrə nişanlı avtomobil həmin kənd sakini 1976-cı il təvəllüdlü Safəddin Yüzbaşıyevin idarə etdiyi VAZ-21-06 markalı avtomobillə toqquşub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan hər iki sürücü Lənkəran rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan S. Yüzbaşıyevin vəziyyətinin ağır olduğu bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR