Bank Of Baku

Çelyabinsk vilayət prokurorunun birinci müavini Etimad İsmayılovun cinayət işi üzrə ittihamnaməni təsdiqləyib

Çelyabinsk vilayət prokurorunun birinci müavini Etimad İsmayılovun cinayət işi üzrə ittihamnaməni təsdiqləyib
# 29 avqust 2008 15:50 (UTC +04:00)
Çelyabinsk-APA. Çelyabinsk vilayət prokurorunun birinci müavini Azərbaycan Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılovun Rusiyada həbs olunan oğlu Etimad İsmayılovun cinayət işi üzrə ittihamnaməni təsdiqləyib. APA-nın məlumatına görə, adı çəkilən şəxs Rusiya Cinayət Məcəlləsinin 159.4 (dələduzluq) və 174/1 4-cü hissəsi (çirkli pulları yuyulması) maddələri ilə ittiham olunacaq. Qeyd edək ki, E. İsmayılov “Avroasiya” Sənaye-Maliyyə Qrupu Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibidir. Çelyabinsk Vilayətinin qubernatorunun birinci müavini Andrey Kosilovun himayəsində olan şirkətlərdən birinin “Avroasiya”ya 1 milyon ABŞ dolları məbləğində borcu var. Arbitraj Məhkəməsi də həmin şirkətin Etimad İsmayılovun rəhbəri olduğu şirkətə borcunun olduğunu təsdiqləyən sənəd verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR