Bank Of Baku

Bir ailənin beş üzvü yol qəzasında yaralanıb

Bir ailənin beş üzvü yol qəzasında yaralanıb
# 29 avqust 2008 19:15 (UTC +04:00)
Qəbələ rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən xəbərə görə, qəza nəticəsində “011”-in sürücüsü, rayonun Rus Bılıx kənd sakini, 1955-ci il təvəllüdlü Nurməmmədov Ənvər və onun ailə üzvləri, 1985-ci il təvəllüdlü Nurməmmədova Mənfurə, 1956-cı il təvəllüdlü Kərimova Suməyə, 1983-cü il təvəllüdlü Kərimova Rüxsarə və 2006-cı il təvəllüdlü Kərimov İlkin ağır xəsarət alıb. Yaralılar Qəbələ rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

“011”lə toqquşan mikroavtobusun sürücüsü isə hadisə yerini tərk edib.

Faktla bağlı Qəbələ rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3 maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR