Bank Of Baku

Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdir müavini Nazim İsayev vəfat edib

Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdir müavini Nazim İsayev vəfat edib
# 30 avqust 2008 10:24 (UTC +04:00)
Qeyd edək ki, Nazim İsa oğlu İsayev 1959-cu ildə Gürcüstanın Qaraçöp bölgənin Ləmbəli kəndində anadan olub. 1976-cı ildə Düzəyrəm kənd orta məktəbini bitirib, 1977-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə qəbul olub. 1980-ci ildən təhsilini göndəriş əsasında M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsində davam etdirib. 1983-cü ildə həmin fakültəni bitirib. 1983-cü ilin sentyabrından 1994-cü ilin sentyabrına qədər Azərbaycan Dövlət Neft-Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademyası) tarix kafedrasının müəllimi işləyib.

N. İsayev 1994-cü ilin sentyabrından 1996-cı ilin iyununa qədər respublika Gənclər və İdman Nazirliyində şöbə rəisi işləyib. 1996-cı il iyununda Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin böyük referenti, daha sonra isə həmin şöbənin müdir müavini vəzifəsinə təyin olunub.

Mərhum bu gün dəfn olunacaq.

Allah rəhmət eləsin!
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR