Bank Of Baku

Elçin Behbudov Qənimət Zahidlə görüşüb

Elçin Behbudov Qənimət Zahidlə görüşüb
# 30 avqust 2008 10:41 (UTC +04:00)
Bakı - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidlə görüşüb.
E.Behbudovun APA-ya verdiyi məlumata görə, qəzetin baş redaktoru saxlanma şəraiti və ona qarşı olan münasibətdən şikayət etməsə də, ayaqlarında revmatizmin olduğunu bildirib. «Qənimət Zahid əsassız yerə həbs olunduğunu hesab edir və buna görə əsəb keçirir. Baş redaktor mənə qardaşı Mirzə Sakitdən narahat olduğunu bildirib», - deyə komitə sədri vurğulayıb.
Bundan başqa, E.Behbudov Vərəmli Xəstələrin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində olub və burada ömürlük cəzaya məhkum olunmuş Xaliq Əliyev və Elçin Ağayevlə görüşüb. Görüş hər iki məhkumun valideynlərinin müraciəti əsasında təşkil olunub. Komitə sədri bildirib ki, hər iki şəxsin vəziyyəti ağırdır: «Müəssisənin rəisi Nizami Quliyev mənə dedi ki, onlar özlərini nümunəvi aparıblar və cəmiyyət üçün təhlükəli deyil. Həmin şəxslər cəzalarının 15 ilə endirilməsinin istəyir və mən bununla bağlı sentyabrın 1-də prezident İlham Əliyevə müraciət edəcəyəm».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR