Bank Of Baku

Azərbaycanda ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib

Azərbaycanda ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib
# 30 avqust 2008 12:59 (UTC +04:00)
Bakı - APA. Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bakı sakini Rauf Məmmədov saat 06.30 radələrində Nobel prospektində idarə etdiyi “VAZ-2106” markalı avtomaşınla Bakı sakini Nadejda Sarıçevanı vurub. N. Sarıçeva xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib.

Tovuz rayonunun Aşağı-Ayıblı kəndi ərazisində də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bakı sakini Həsən Əlirzayev saat 13.00 radələrində idarə etdiyi "KamAZ" markalı avtomaşınla Bərdə rayon sakini Ələkbər Əmirəliyevi vurub. Ə. Əmirəliyev xəstəxanada ölüb.

Ölümlə nəticələnən növbəti yol-nəqliyyat hadisəsi isə Quba rayonu ərazisində baş verib.
Saat 15.30 radələrində Quba rayon sakini Əfqan Məmmədov “ZİL” markalı avtomaşını idarə edərkən, Xaçmaz rayon sakini Etibar Mirzəyevi vurub. E. Mirzəyev xəstəxanada dünyasını dəyişib.

Bakının Nizami rayonu ərazisində də piyada avtomobil vurulması nəticəsində ölüb. Saat 17.00 radələrində Bakı sakini Sərəcəddin Əliyev idarə etdiyi "VAZ-2106" markalı avtomaşınla 55-60 yaşlı kişini vurub. Piyada hadisə yerində keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR