Bank Of Baku

Sel suları İsmayıllıya ciddi ziyan vurub, rayonun su anbarı yarasız hala düşüb

Sel suları İsmayıllıya ciddi ziyan vurub, rayonun su anbarı yarasız hala düşüb
# 31 avqust 2008 21:44 (UTC +04:00)
İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini Rəfael Əhmədovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, rayonun Ax-ox çayında suyun səviyyəsinin qalxması nəticəsində Xələyə kəndini su basıb. Kəndi qoruyan 150 metr hündürlüyündəki bəndlər də sel sularına qərq olub.

Həyətyanı sahələri və 15-ə qədər evin zirzəmisini də su basıb. Rayonu içməli su ilə təchiz edən su anbarı isə tamamilə yararsız hala düşüb.

Qəbələ-İsmayhıllı-Şəki magistral olunda dağıntılar əmələ gəlib, rayon daxili yollar, bir neçə kiçik körpü isə dağılıb.

Aramsız yağan yağışlar və sel suları İsmayıllının tarixi Lahıc kəndinə də ciddi ziyan vurub. Kənddəki çayların kənarındakı su bəndlərinin xeyli hissəsi dağılıb. Əkin sahələri su altında qalıb.

Rayon ərazisinə elektrik enerjisinin verilişində problemlər yaranıb. Rayonda 10-dan çox elektrik dirəyini sel suları yıxıb.

Bu saatlarda belə rayon rəhbərliyi və fövqəladə hallar komissiyasının üzvləri ərazidə önləyici tədbirlər görməklə məşğuldurlar. Hazırda İsmayıllıda yağış yağır.

Eyni zamanda şəxsi təsərrüfatlara dəymiş ziyanın məbləği hesablanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR