Bank Of Baku

Qubada uşaq hüquqları üzrə regional məsləhətləşmələrə yekun vurulub

Qubada uşaq hüquqları üzrə regional məsləhətləşmələrə yekun vurulub
# 01 sentyabr 2008 22:30 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ilə YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin birgə illik iş planına əsasən Quba şəhərində Qusar, Xaçmaz və Dəvəçi rayonlarının nümayəndələrinin iştirakı ilə “Uşaqlar üçün Yararlı Dünya+5” Bəyannaməsinin həyata keçirilməsi üzrə regional məsləhətləşmələr keçirilib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən Ombudsman Aparatının Beynəlxalq Əlaqələr sektorunun rəhbəri Zaur Zamanov BMT-nin Uşaq Hüquqları Konvensiyası və “Uşaqlar üçün Yararlı Dünya” Bəyannamələri və uşaq hüquqlarının müdafiəsi sahəsində Ombudsmanın fəaliyyəti haqqında ətraflı məlumat verib. YUNİSEF-in Uşaqların Müdafiəsi proqramının rəhbəri Munir Məmmədov YUNİSEF-in ölkəmizdəki fəaliyyəti, BMT-nin Uşaq Hüquqları Konvensiyası üzrə Komitəsinin Azərbaycan Hökumətinə verdiyi tövsiyələr barədə danışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR