Bank Of Baku

Oğurluq etmiş Lənkəran sakinləri tutulub

Oğurluq etmiş Lənkəran sakinləri  tutulub
# 01 sentyabr 2008 10:22 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqla məşğul olan şəhər sakinləri tutulublar. Polis Şöbəsinin baş müstəntiqi Rövşən Rəçidovun APA-nın Cənub bürosuna verdiyi məlumata görə, tutulan şəxslər - Lənkəran şəhər sakinləri, 1955-ci il təvəllüdlü Mübariz Hidayət oğlu Əliyev və 1970-ci il təvəllüdlü Əli Eldar oğlu Cahangirov qabaqcadan əlbir olaraq, rayonun Girdəni kənd sakini Elxan Ağaxan oğlu Abbasova məxsus həyətyanı torpaq sahəsindən ayrı-ayrı vaxtlarda 600 ədədə yaxın mişar daşı oğurlayıblar. R. Rəşidovun sözlərinə görə, M. Əliyev əvvəllər 5 dəfə, Ə. Cahangirov isə 1 dəfə məhkum olunub. Faktla bağlı Lənkəran Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR