Bank Of Baku

Məcburi köçkünlər Tərtərdə yolu bağlayıb

Məcburi köçkünlər Tərtərdə yolu bağlayıb
# 01 sentyabr 2008 11:43 (UTC +04:00)
Tərtər. Teymur Zahidoğlu – APA. Tərtərin Qarağacı kəndi yaxınlığında Borsunlu-Hindarx yolunun kənarında məskunlaşmış məcburi köçkünlər yolu buğlayıblar. Ağdamın Şotlanlı kənd sakini, ərazidə məskunlaşmış məcburi köçkün Tiflis Abışov APA-nın Qarabağ bürosuna bildirib ki, yolu bağlamalarına səbəb onun kiçik qardaşı İlqar Abışovun naməlum polis əməkdaşları tərəfindən döyülməsi faktına müvafiq qurumlar tərəfindən obyektiv münasibət göstərilməməsidir. T. Abışov sürücü işləyən qardaşı İlqar Abışovun bu il iyulun 26-da naməlum polis əməkdaşları tərəfindən döyüldüyünü deyib.
Məhkəmə Tibbi Ekspertizası Patoloji Anatomiya Birliyinin Bərdə rayonlararası Zona Mərkəzindən APA-nın Qarabağ bürosuna bildirilib ki, İ. Abışovun döyülməsi faktı ilə əlaqədar sürücüyə mütəxəssislər tərəfindən baxış keçirilib. İ. Abışovda üç qrup-sağlamlığa uzun müddət zərər yetirən az ağır, sağlamlığa qısamüddətli xəsarət yetirən yüngül və sağlamlığa təhlükə yetirməyən xəsarətlər müəyyən edilib. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır. Prokurorluğun müstəntiqi Kazım Həmzətov APA-ya bildirib ki, sözügedən məsələ rayon prokurorluğunun diqqətində saxlanır və araşdırmalar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR