Bank Of Baku

Azərbaycanlı deputatın Rusiyada həbs olunmuş oğlunun məhkəməsi sentyabrın 5-ə təyin olunub

Azərbaycanlı deputatın Rusiyada həbs olunmuş oğlunun məhkəməsi sentyabrın 5-ə təyin olunub
# 01 sentyabr 2008 11:51 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılovun Rusiyada həbs olunan oğlu Etimad İsmayılovun işi üzrə ilk məhkəmə iclası sentyabrın 5-ə təyin edilib. Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü APA-ya bildirib ki, işə Çelyabinsk şəhər Mərkəzi rayon Məhkəməsində baxılacaq.

E. Şükürlü istintaqın gedişi zamanı bir sıra qanunsuzluqlara yol verildiyini deyib: “Artıq həm Azərbaycan Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi, həm də Xarici İşlər Nazirliyi işə Moskvada baxılmasını təmin etmək üçün Rusiyanın hüquq-mühafizə orqanlarına müraciət ünvanlayıb. Ola bilsin, Milli Məclisin bir qrup deputatı da Rusiyanın baş naziri Vladimir Putinlə görüşmək üçün İlyas İsmayılovla birgə Moskvaya yola düşsün”.

Qeyd edək ki, E. İsmayılov “Avroasiya” Sənaye-Maliyyə Qrupu Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibidir. Çelyabinsk vilayətinin qubernatorunun birinci müavini Andrey Kosilovun himayəsində olan şirkətlərdən birinin “Avroasiya”ya 1 milyon ABŞ dolları məbləğində borcu var. Arbitraj Məhkəməsi də həmin şirkətin Etimad İsmayılovun rəhbəri olduğu şirkətə borcunun olduğunu təsdiqləyən sənəd verib.

Xatırladaq ki, E. İsmayılov 2008-ci il martın 25-də gecə Bakıdan Moskvaya qayıdarkən Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Domodedovo hava limanında saxlanılıb. Martın 27-də keçirilən məhkəmə iclasında E. İsmayılova qarşı Rusiya Cinayət Məcəlləsinin 159.4 (dələduzluq) və 274/1 4-cü hissəsi (çirkli pulları yuyulması) maddələri ilə ittiham irəli sürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR