Bank Of Baku

Xırdalan, Bakı, Sabirabad və Kürdəmirdə baş verən yol qəzaları ölümlə nəticələnib

Xırdalan, Bakı, Sabirabad və Kürdəmirdə baş verən yol qəzaları ölümlə nəticələnib
# 01 sentyabr 2008 13:57 (UTC +04:00)
Bakı-APA. Avqustun 30–da saat 21.30 radələrində Xırdalan şəhəri ərazisində Bakı şəhər sakini Abdulla Mahmudov «Mercedes» markalı avtomaşını idarə edərkən onu aşırıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə A. Mahmudov və sərnişini Emil Əliyev, İbrahim Hüseynov hadisə yerində ölüb, xəsarətlə xəstəxanaya yerləşdirilmiş digər sərnişini İntiqam Xəlilov orada dünyasını dəyişib. Həmin gün saat 17.20 radələrində Bağlar-Maştağa mənzilinin 10-cu kilometrliyində, Bakı şəhər sakini Nazim Abdullayev "Nissan-Tiida" markalı avtomaşını idarə edərkən onu elektrik qatarına vurub. Nəticədə N. Abdullayevin xəsarət almış sərnişini Nailə Nəbiyeva xəstəxanada ölüb. Avqustun 30-da saat 13.20 radələrində Əzizbəyov rayonu ərazisində isə Bakı şəhər sakini Səftər Tapdıqov «Mercedes» markalı avtomaşını idarə edərkən Buzovna qəsəbə sakini Həmid Qədiməliyevi vurması nəticəsində H. Qədiməliyev hadisə yerində ölüb. Həmin gün Sabunçu rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi də ölümlə nəticələnib. Buzovna qəsəbə sakini Vüqar Ələkbərov "Toyota" markalı avtomaşını idarə edərkən Saatlı rayon sakini Elnur Əliyevi vurub. Nəticədə E. Əliyev hadisə yerində ölüb. Avqustun 30-da saat 09.30 radələrində Kürdəmir rayonunun Ərşəli kəndinin ərazisində, Bakı şəhər sakini Fazil Məmmədov "VAZ-2107" markalı avtomaşını idarə edərkən, Karrar kənd sakini Rəcəb Allahverdiyevi vurub. Nəticədə R. Allahverdiyev hadisə yerində ölüb. Həmin gün Sabirabad rayonunun Qalağayın kəndi ərazisində kənd sakini Rəfail Mehrəliyev "VAZ-21099" markalı avtomaşını idarə edərkən onu kanala aşırıb. Nəticədə R. Mehrəliyevin sərnişini Azad Hüseynov hadisə yerində ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR