Bank Of Baku

Bakıda və Qəbələdə baş verən yol qəzalarında iki nəfər ölüb

Bakıda və Qəbələdə baş verən yol qəzalarında iki nəfər ölüb
# 01 sentyabr 2008 14:19 (UTC +04:00)
Bakı-APA. Avqustun 31-də saat 10.00 radələrində Səbayel rayonundakı F. Qurbani küçəsində, şəhər sakini Tofiq Hüseynov "Toyota" markalı avtomaşını idarə edərkən həmyerliləri Günel Əsədullayeva və Yetər Həşimovanı vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə xəsarət alan G. Əsədullayeva və Y. Həşimova xəstəxanaya yerləşdiriliblər. G. Əsədullayeva orada ölüb. Həmin gün saat 12.15 radələrində Qəbələ rayonu ərazisində, rayon sakini Qabil Aslanov "VAZ-2107" markalı avtomaşını idarə edərkən həmyerlisi Nurəhməd Əfəndiyevi vurub. Nəticədə N. Əfəndiyev hadisə yerində ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR