Bank Of Baku

Nəsimi rayonundakı mağazadan mobil telefon oğurlayan şəxslər tutulub

Nəsimi rayonundakı mağazadan mobil telefon oğurlayan şəxslər tutulub
# 01 sentyabr 2008 14:31 (UTC +04:00)
Bakı-APA. Avqustun 31-də Nəsimi rayonu ərazisində, 2 naməlum şəxs Səxavət Bayramova məxsus "Bakcell-Elma" mağazasına gəlib açıq talama yolu ilə 1 ədəd mobil telefonu alıb "Mercedes" markalı avtomaşında hadisə yerindən gediblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, cinayəti törədən Ağdam rayon sakinləri Zahid Qarayev və Ruslan Məmmədov hadisə yerinin yaxınlığında xidmət aparan Nəsimi rayon Polis İdarəsi əməkdaşları tərəfindən tutulublar. Cinayətkarlar tutularkən, Sulutəpə qəsəbə sakini Malik Qədirov polis əməkdaşlarına maneçilik törədib. M. Qədirov da tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR