Bank Of Baku

Elmira Süleymanova İrlandiyada keçiriləcək beynəlxalq konfransda iştirak edəcək

Elmira Süleymanova İrlandiyada keçiriləcək beynəlxalq konfransda iştirak edəcək
# 01 sentyabr 2008 22:50 (UTC +04:00)
Bakı-APA. Sentyabrın 3-5-də İrlandiyanın paytaxtı Dublin şəhərində 26 ölkənin uşaqlar üzrə müstəqil qurumlarını birləşdirən Uşaq Haqları Ombudsmanlarının Avropa Şəbəkəsinin 12-ci illik konfransı keçiriləcək. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, beynəlxalq tədbirdə müxtəlif ölkələrin dövlət və ictimai xadimləri, insan hüquqları, o cümlədən uşaq hüquqları sahəsində nüfuzlu beynəlxalq ekspertlər, milli insan hüquqları təsisatlarının təmsilçiləri, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı nəzərdə tutulub. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovada bu beynəlxalq tədbirə dəvət olunub. Onun həmin konfransda çıxışı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR