Bank Of Baku

"Binə" ticarət mərkəzindən kabeli oğurlamağa cəhd göstərən Tovuz sakini tutulub

"Binə" ticarət mərkəzindən kabeli oğurlamağa cəhd göstərən Tovuz sakini tutulub
# 02 sentyabr 2008 10:49 (UTC +04:00)
Bakı-APA. Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi və Qaradağ rayon Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 1-nə keçən gecə Tovuz rayon sakini Tahir Quliyev tutulub. Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən bildirilib. Məlumata görə, T. Quliyev Lökbatan qəsəbəsi ərazisindəki "Binə" ticarət mərkəzinin anbarının tavanını sındırmaq yolu ilə 5300 metr uzunluğunda kabeli oğurlamağa cəhd göstərərkən saxlanılıb. İkram adlı şəxs isə hadisə yerindən qaçıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR