Bank Of Baku

Sabah Moskvada MDB ölkələri Ali Maliyyə Nəzarəti Orqanlarının rəhbərləri Şurasının sessiyası işə başlayır

Sabah Moskvada MDB ölkələri Ali Maliyyə Nəzarəti Orqanlarının rəhbərləri Şurasının sessiyası işə başlayır
# 03 sentyabr 2008 12:41 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Sentyabrın 4-də Moskvada MDB ölkələrinin Ali Maliyyə Nəzarəti Orqanları rəhbərləri Şurasının VIII sessiyası işə başlayacaq. Tədbirdə Azərbaycanı Hesablama Palatasının auditoru Nazim Həsənov və beynəlxalq əlaqələr, informasiya texnologiyaları şöbəsinin müdiri Fuad İbrahimov təmsil edəcəklər. Bu barədə «APA-Economics»ə Azərbaycan Hesablama Palatasından məlumat verilib.
Rusiya Hesablama Palatasının sədri Sergey Stepaşinin rəhbərliyi altında keçiriləcək iclasda MDB Ali Maliyyə Nəzarəti Orqanları rəhbərlərinin, Rusiyanın elmi və işgüzar dairələrini təmsil edən şəxslərin çıxışları olacaq. Toplantıda Rusiya Hesablama Palatası yanında fəaliyyət göstərən Elmi Tədqiqat İnstitutunun imkanlarından digər ölkələrdə istifadə, MDB ölkələrində səmərəli auditin təşkili və s. məsələlər də müzakirə olunacaq.
Tədbirdə Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Moldova, Ukrayna və Türkmənistanın müvafiq qurumlarının rəhbərləri və nümayəndə heyətləri təmsil olunacaq.
Qeyd edək ki, MDB Ali Maliyyə Nəzarəti Orqanları rəhbərlərinin Şurası 2000-ci ildə Rusiya Hesablama Palatasının təşəbbüsü ilə yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR