Bank Of Baku

Bakıda “İstanbul” mebel mağazasının sahibini qətlə yetirən şəxs həbs olunub

Bakıda “İstanbul” mebel mağazasının sahibini qətlə yetirən şəxs həbs olunub
# 06 sentyabr 2008 11:31 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Sentyabrın 4-də Bakıda Türkiyə vətəndaşı Ali Bektaşinin qətlə yetirilməsi onun sahibkarlıq fəaliyyəti ilə bağlı olmayıb. Bu barədə APA-ya açıqlamasında Bakı şəhər prokurorunun köməkçisi Ramiz Rzayev bildirib. Onun sözlərinə görə, Xətai rayonu, Yaşar Səfərov küçəsi 31 ünvanında yaşayan Ali Şakir oğlu Bektaşi ailə-məişət münaqişəsi zəminində qaynı Qurban Qədirli ilə aralarında yaranmış mübahisə zamanı qətlə yetirilib. Belə ki, 1944-cü il təvəllüdlü A. Bektaşi son bir il ərzində arvadı, 1987-ci il təvəllüdlü, Kürdəmir şəhər sakini Xanım Qədirova ilə ər-arvad kimi birgə yaşamaqdan imtina edib və müxtəlif bəhanələrlə onu evdən qovub. Bu səbəbdən Ali Bektaşi ilə qaynı, 1971-ci il təvəllüdlü, əvvəllər məhkum olmayan Qurban Qədirli arasında mübahisə yaranıb, sonuncu bıçaqla çoxsaylı zərbələr endirməklə A. Bektaşini öldürüb. Sentyabrın 4-də faktla bağlı Xətai rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. Sentyabrın 6-da Q. Qədirli təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib, onun haqqında Xətai rayon məhkəməsinin qərarı ilə həbs qətiimkan tədbiri seçilib. Hazırda faktla bağlı ibtidai istintaq davam etdirilir. Qeyd edək ki, qətlə yetirilən Türkiyə vətəndaşı Ali Bektaşi “İstanbul” mebel mağazasının sahibidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR