Bank Of Baku

Ağsuda 2300 il əvvələ aid maddi-mədəniyyət nümunələri aşkarlanıb

Ağsuda 2300 il əvvələ aid maddi-mədəniyyət nümunələri aşkarlanıb
# 08 sentyabr 2008 08:18 (UTC +04:00)
Ağsu. Şahnəzər Bəşirov-APA. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Ağsu Arxeoloji Ekspedisiyası Ağsu rayonunun Gəgəli kəndindəki Nərgizava abidəsinin ərazisində qədim yaşayış dövrünə aid maddi-mədəniyyət nümunələri aşkarlayıblar. Arxeoloji qazıntılar zamanı torpaq qəbirlərlə yanaşı, daş qutu, təknə və küp qəbirlərə də təsadüf edilib. Ekspedisiyasının rəhbəri , tarix elmləri namizədi Şirzad Əhmədov APA-nın Şirvan bürosuna bildirib ki, antik və ilk orta əsrlər dövrünə aid olan bu Nərgizava abidəsi ərazisində qazıntılar zamanı Gəgəli kəndində 2300 il əvvəl böyük yaşayış məskəninin olduğu aşkar edilib: “Aşkarlanan 7 torpaq qəbir, sikkələr, bəzək əşyaları və qırmızı rənglə boyanmış saxsı qablar bizim eradan əvvəl III-I əsrlərə aid maddi-mədəniyyət nümunələridir. Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi zamanı aparılan qazıntılar nəticəsində bir neçə gün öncə Gəgəli və Bico kəndlərinin ərazisindən antik və ilk orta əsrlər dövrünə aid 25 ədəd küp qəbir, məişət və təsərrüfat qabları aşkarlanıb”.
Ş. Əhmədov ərazidə tədqiqat işlərinin davam etdiriləcəyini və əkin-biçin zamanı torpaq altındakı tarixi-mədəniyyət nümunələrinin məhv olmaması üçün tədbirlər görüləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR