Bank Of Baku

Masallının Babaser kəndində su quyusundan qaz çıxır

Masallının Babaser kəndində su quyusundan qaz çıxır
# 08 sentyabr 2008 08:34 (UTC +04:00)
Masallı. Ağəddin Babayev-APA. Masallı rayonunun Babaser kəndində yaşayan Məmmədovlar ailəsinin həyətyanı torpaq sahəsində qazılmış su quyusundan təbii qaz çıxır. Ailə üzvü Səriyyə Məmmədova APA-nın Cənub bürosuna bildirib ki, 1981-ci ildə su üçün qazılan quyudan təbii qazın çıxması ailə üçün gözlənilməz olub və bu səbəbdən də qazıntı dayandırılıb. Lakin ailə elə həmin vaxtdan qazdan kustar üsulla istifadə etməyə başlayıb. 32 metr dərinlikdə qazılan quyunun yaxınlığında eyni formada daha bir neçə quyunun qazılmasına baxmayaraq, analoji hadisə bir daha təkrarlanmayıb: “27 il ərzində fasiləsiz olaraq çıxan təbii qazdan qonşular da istifadə edir. Amma aidiyyəti orqanlar tərəfindən bizim qaz ehtiyatı barədə indiyədək heç bir araşdırma aparılmayıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR