Bank Of Baku

Azərbaycan ilin əvvəlindən 200 mln. kubmetr qaz ixrac edib

Azərbaycan ilin əvvəlindən 200 mln. kubmetr qaz ixrac edib
# 08 sentyabr 2008 11:26 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin avqust ayında Azərbaycanda 880,8 mln. kubmetr qaz təhvil verilib ki, bu da proqnozdan 16% azdır. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Avqust ayında «Azəriqaz» sisteminə 430,59 mln. kubmetr (proqnozdan 27,7% az), «Azərenerji» sisteminə isə 414,61 mln. kubmetr (proqnozdan 8,3% az) qaz təhvil verilib, 35,60 mln. kubmetr həcmində qaz isə ixrac olunub.
Cari ilin yanvar-avqust aylarında təhvil verilmiş qazın həcmi 7 039,62 mln. kubmetr olub ki, bu da proqnozdan 1,5% az, 2007-ci ilin ilk 8 ayına nisbətdə 17,6% çoxdur.
Cari ilin 8 ayında «Azəriqaz» sisteminə 3 745,72 mln. kubmetr (proqnozdan 3,7% çox), «Azərenerji» sisteminə isə 3 096,86 mln. kubmetr (proqnozdan 12,4% az) qaz təhvil verilib.
Qeyd edək ki, cari ilin 8 ayında 197,04 mln. kubmetr qaz ixrac olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR