Bank Of Baku

Polis Akademiyasında “Seçki prosesi və polis” mövzusunda treninq keçirilib

Polis Akademiyasında “Seçki prosesi və polis” mövzusunda treninq keçirilib
# 08 sentyabr 2008 11:36 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Polis Akademiyasında Azərbaycanda İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupun (BİQ) təşəbbüsü, Daxili İşlər Nazirliyinin (DİN) dəstəyi ilə “Seçki prosesi və polis” mövzusunda treninq keçirilib. APA-nın məlumatına görə, DİN-nin nümayəndəsi Elşad Məmmədov treninqin əhəmiyyətindən danışıb. DİN əməkdaşı deyib ki, bu kimi tədbirlər polisin seçki ərəfəsindəki fəaliyyətinin daha da təkmilləşdirməsinə xidmət edir. BİQ-in sədri Kamil Səlimov seçki ərəfəsində Azərbaycan polisinin beynəlxalq standartlara uyğun şəkildə fəaliyyətinin tənzimlənməsi zəruri olduğunu qeyd edib. Qrupun üzvü Əliməmməd Nuriyev “Kütləvi aksiyalar zamanı polisin hüquq və vəzifələri” mövzusunda çıxış edib, həmçinin polis əməkdaşlarının mövzu ilə bağlı suallarını cavablandırıb. Ə. Nuriyev deyib ki, əvvəlcədən yerli icra strukturu ilə razılaşdırılmamış dinc aksiyaların dağıdılmasına ehtiyac yoxdur. Daha sonra treninq iştirakçılarına qrupun aparıcı ekspertləri Ari Bloyd və Ricard Tallın tərəfindən məşğələlər keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR