Bank Of Baku

Hüquq müdafiəçisi müvəqqəti saxlanma təcridxanalarında keçirdiyi monitorinqlərlə bağlı nazirə müraciət edəcək

Hüquq müdafiəçisi müvəqqəti saxlanma təcridxanalarında keçirdiyi monitorinqlərlə bağlı nazirə müraciət edəcək
# 08 sentyabr 2008 13:25 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, İmişli, Beyləqan, Sabirabad və Goranboy rayon polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarında keçirdiyi monitorinqlərin nəticələri ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət edəcək.

Komitə sədri APA-ya bildirib ki, monitorinqlər zamanı ciddi qanun pozuntusu aşkar etməyib, işgəncə faktı ilə bağlı ona müraciət edən olmayıb: “Yalnız Qax Polis Şöbəsinin təcridxanasında saxlanılan şəxslər onlara hüquqlarının izah olunmadığını bildirdilər. Mən də bunu təcridxana rəhbərliyinin nəzərinə çatdırdım”.

Hüquq müdafiəçisi Goranboy rayon Polis Şöbəsində rayon sakini Məhəmməd Rəhimovun bir neçə gün əvvəl Dəliməmmədli qəsəbəsinin sahə müvəkkilinin məntəqəsində ölməsi faktı ilə bağlı araşdırma apardığını da deyib: “Şöbəsində bildirdilər ki, həmin şəxs müvəkkil məntəqəsinin 25-30 metrliyində ölüb, ona heç bir işgəncə verilməyib. Onu da dedilər ki, ölüm faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR