Bank Of Baku

Dağıstanda öldürülən İlqar Mollaçiyevin “Əl-Qaidə” ilə sıx əlaqələri olub

Dağıstanda öldürülən İlqar Mollaçiyevin “Əl-Qaidə” ilə sıx əlaqələri olub
# 08 sentyabr 2008 15:30 (UTC +04:00)
Mahaçqala – APA. Dağıstanın Dərbənd rayonu ərazisində keçirilmiş xüsusi əməliyyat zamanı öldürülən Azərbaycan vətəndaşı İlqar Mollaçiyevin “Əl-Qaidə” ilə sıx əlaqələri olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin Dağıstan Respublikası üzrə idarəsinin nümayəndəsi deyib. O bildirib ki, daha əvvəl zərərsizləşdirilmiş Rəbbani Xəlilovun varisi İ. Mollaçiyev beynəlxalq terror təşkilatları və Şimali Qafqazdakı qanunsuz silahlı dəstələrlə ideya və maliyyə baxımdan yaxınlığa malik olub. FTX təmsilçisi Azərbaycan vətəndaşının Çeçenistandakı hər iki müharibədə iştirak etdiyini də söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR