Bank Of Baku

Avropa Şurasının nümayəndələri Ombudsman Aparatında olublar

Avropa Şurasının nümayəndələri Ombudsman Aparatında olublar
# 09 sentyabr 2008 00:00 (UTC +04:00)
Avropa Şurasının İnsan Haqları və Hüquq Məsələləri üzrə Baş Direktorluğunun proqram məsləhətçiləri Ellen Asche, Tonja Raknsic və layihə koordinatoru Mahir Müşteidzadə Ombudsman Aparatında qəbul ediliblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aparatın şöbə müdiri A. Səfixanlı Ombudsmanın Avropa Şurası ilə səmərəli əməkdaşlığa həmişə hazır olduğunu deyib. Görüşdə Azərbaycanda məhkumların hüquqlarının qorunması ilə bağlı müzakirələr aparılıb. Avropa Şurasının nümayəndələrinə Azərbaycan Ombudsmanının məhbuslarla əlaqədar fəaliyyəti barədə məlumat verilib. Görüşdə cəza-icra qanunvericiliyinin təkmilləşdirilməsi üçün yeni təkliflər hazırlanacağı da qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR