Bank Of Baku

Ermənilər müxtəlif istiqamətlərdə atəşkəsi pozublar

Ermənilər müxtəlif istiqamətlərdə atəşkəsi pozublar
# 09 sentyabr 2008 07:40 (UTC +04:00)
Bakı – APA. Ermənistan ordusu xroniki atəşkəs pozuntularına davam edir. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan ordusunun bölmələri sentyabrın 8-də saat 13.30-dan 13.35-dək bu ölkənin Berd rayonunun Ayqepar kəndi ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Əlibəyli kəndi ərazisində yerləşən mövqelərini, saat 18.20-dən 18.45-dək İcevan, Noyemberyan rayonlarının Berkaber və Voskepar kəndləri ərazisində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı və Quşçu Ayrım kəndləri ərazisində yerləşən mövqelərini, sentyabrın 8-də saat 18.10-dan 18.35-dək Füzuli rayonunun Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 19.15-dən 19.20-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 21.20-dən 21.35-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 22.20-dən 22.30-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, saat 22.30-dan 22.45-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 23.25-dən 23.35-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərindən, sentyabrın 9-da saat 00.30-dan 00.45-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 01.30-dan 01.40-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR