Bank Of Baku

Şirvan şəhərində müəllim müəllimənin sifətinə kimyəvi turşu töküb

Şirvan şəhərində müəllim müəllimənin sifətinə kimyəvi turşu töküb
# 09 sentyabr 2008 08:33 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynalov - APA. Şirvanda məktəblərdən birində xoşagəlməz hadisə baş verib. Şirvan Şəhər Polis şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, Şirvan şəhər 18 saylı orta məktəbin idman müəllimi, 1963-cü il təvəllüdlü Fətullayev Şahin Məmi oğlu aralarında yaranmış münaqişə zəminində 21 saylı orta məktəbin müəlliməsi, S. Zeynalov küçəsi 6, mənzil 39 ünvanında yaşayan, 1963-cü il təvəllüdlü Dadaşova Reyhan Vəlixan qızının sifətinə kimyəvi turşu töküb. Sifətindən kimyəvi yanıq xəsarətləri alan R. Dadaşova şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şirvan polis şöbəsində tədqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR