Bank Of Baku

Bakıda və Bərdədə baş verən yol qəzalarında 5 nəfər ölüb

Bakıda və Bərdədə baş verən yol qəzalarında 5 nəfər ölüb
# 09 sentyabr 2008 10:29 (UTC +04:00)
Bakı-APA. Sentyabrın 8-də saat 15.00 radələrində Nərimanov rayonu ərazisində, şəhər sakini Əfqan Əhmədov "VAZ-21112" markalı avtomaşını idarə edərkən, Füzuli rayon sakini Rəfail Həsənovu vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən R. Həsənov orada ölüb. Sentyabrın 8-də saat 19.30 radələrində isə Bərdə rayonunun Alpoud kəndi ərazisində, rayon sakinləri Allahverən Mikayılovun idarə etdiyi "QAZ-3110" markalı və Zamir Abdullayevin idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşub. Hər iki sürücü və Z. Abdullayevin sərnişini hadisə yerində ölüb. Həmin gün saat 21.45 radələrində Xətai rayonunun M. Hadi küçəsində, şəhər sakini Könül Bayramova "Mercedes" markalı avtomaşını idarə edərkən Elxan Cəfərovu vurub. Nəticədə E. Cəfərov hadisə yerində ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR