Bank Of Baku

Həyətində və evində külli miqdarda narkotik vasitə aşkarlanan Neftçala sakini tutulub

Həyətində və evində külli miqdarda narkotik vasitə aşkarlanan Neftçala sakini tutulub
# 09 sentyabr 2008 10:35 (UTC +04:00)
Neftçala. Əlibəy Zeynalov-APA. Neftçala sakininin həyətyanı sahəsindən və evindən külli miqdarda narkotik vasitə olan marixuana aşkarlanıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Neftçala rayon polis rəisinin əməliyyat işləri üzrə müavini Duxtər Sultanov məlumat verib. Sentyabrın 8-də saat 5.00 radələrində keçirilən əməliyyat tədbirləri nəticəsində rayonun Qaraqaşlı kənd sakini 1965-ci il təvəllüdlü Kərimov Əlisaleh Ağamurad oğlunun həyətyanı sahəsindən 104 ədəd hündürlüyü 2,5 metrdən çox olan kultivasiya yolu ilə əkilib becərilmiş narkotik vasitə olan marixuana aşkarlanıb. Evində isə 5 kiloqram qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Bildirilib ki, əvvəllər 3 dəfə oğurluq, narkotik vasitələrin satışı və polisə silahlı müqavimətlə bağlı məhkum olunmuş Əlisaleh Kərimov saxlanılan zaman 16 kalibrli ov tüfəngindən istifadə etməyə cəhd etsə də, polis əməkdaşlarının çevikliyi buna imkan verməyib. Ə. Kərimov qaçmaq istəyərkən polislər tərəfindən yaxalanaraq həbs edilib. Faktla bağlı Neftçala rayon Polis Şöbəsində cinayət işi başlanılıb, tədqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR