Bank Of Baku

Boksçu Vüqar Ələkbərov ibtidai istintaqda verdiyi bütün ifadələrdən imtina edib

Boksçu Vüqar Ələkbərov ibtidai istintaqda verdiyi bütün ifadələrdən imtina edib
# 09 sentyabr 2008 11:01 (UTC +04:00)
Bakı-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə boksçu, Sidney Yay Olimpiya Oyunlarının bürünc medalçısı Vüqar Ələkbərovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib. APA-nın xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə ittiham elan olunub, məhkəmə istintaqı başlayıb. Zərərçəkmiş şəxs məhkəməyə gəlmədiyi üçün prosesdə şahidlər dindirilib. V. Ələkbərov məhkəmədə sərbəst ifadə verib və bildirib ki, iş üzrə təqsirləndirilən Kənan Quliyev ona olan borcu vermədiyinə görə ondan borcunu istəyib. V. Ələkbərov ibtidai istintaqda verdiyi bütün ifadələrdən imtina edib.
Qeyd edək ki, V. Ələkbərov Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunur. O, iş adamı K. Quliyevi hədələyərək, ondan 10 min ABŞ dolları tələb etməkdə təqsirləndirilir.
V. Ələkbərov bu ilin mayın 16-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR