Bank Of Baku

Ailə üzvlərini qətlə yetirən polis kapitanı 15 il müddətinə azadlıqdan məhrum edilib

Ailə üzvlərini  qətlə yetirən polis kapitanı 15 il müddətinə azadlıqdan məhrum edilib
# 09 sentyabr 2008 11:08 (UTC +04:00)
Bakı-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Ənvər Seyidovun sədrliyi ilə ailəsinin 3 üzvünü qətlə yetirməkdə təqsirləndirilən Salyan rayon Polis Şöbəsinin əməkdaşı, polis kapitanı Rafət Cəfərova hökm oxunub. APA-nın xəbərinə görə, R. Cəfərov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, R. Cəfərov evində tabel silahı ilə həyat yoldaşı Könül Həbibova, qaynı Qalib Həbibovu və baldızı Afaq Həbibovanı qətlə güllələyib. Nəticədə Afaq və Könül Həbibovalar güllə yarasından keçiniblər, xəstəxanaya çatdırılan R. Cəfərov isə orada ölüblər. R. Cəfərov Cinayət Məcəlləsinin 120. 2. 7-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR