Bank Of Baku

Əsir və girovluqdan qayıdan Azərbaycan vətəndaşları haqda məlumatlar sənəd şəklində beynəlxalq təşkilatlara təqdim olunacaq

Əsir və girovluqdan qayıdan Azərbaycan vətəndaşları haqda məlumatlar sənəd şəklində beynəlxalq təşkilatlara təqdim olunacaq
# 09 sentyabr 2008 12:00 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Həsrət yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, E. Orucova deyib ki, qurumun həyata keçirəcəyi layihə çərçivəsində 3 ay müddətində əsir və girovluqdan qayıdan Azərbaycan vətəndaşları haqda məlumatlar toplanacaq. Onun sözlərinə görə, məlumatlar sənəd şəklində beynəlxalq təşkilatlara təqdim olunacaq: “Dünya ictimaiyyəti hələ də Ermənistanın əsir və girovlarla bağlı yalanlarına inanır. Halbuki, 4 mindən çox Azərbaycan vətəndaşının əsir və girovluqda olması haqda 1400 nəfərin şahid ifadəsi mövcuddur. Bəzi şəxslərin əsir və girovluqda olduğunu 10-dan artıq adam bildirir. Buna baxmayaraq, Ermənistan azərbaycanlıların əsirlikdə olmadığını deyir, beynəlxalq təşkilatlar və dünya birliyi də bu məsələyə göz yumur”.
O, layihə zamanı Azərbaycanın 3 bölgəsində əsir və girovluqdan qayıdan şəxslərlə görüşlərin keçiriləcəyini də söyləyib: “Bizim topladığımız sənədlərin köməyi ilə Ermənistanın hərbi cinayətləri barədə beynəlxalq məhkəməyə müraciət etmək olar”. Qeyd edək ki, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4264 nəfərdir. Onlardan 3439 nəfər hərbçi, 817 nəfər mülki şəxsdir (8 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR