Bank Of Baku

Tərtərdə qanunsuz saxlanılan xeyli silah-sursat aşkarlanaraq götürülüb - FOTOSESSİYA

Tərtərdə qanunsuz saxlanılan xeyli silah-sursat aşkarlanaraq götürülüb - <font color=red>FOTOSESSİYA</font>
# 09 sentyabr 2008 12:06 (UTC +04:00)
Tərtər. Teymur Zahidoğlu-APA. Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları əhali tərəfindən qanunsuz saxlanılan xeyli sayda silah-sursat aşkarlayaraq götürüblər. Müxtəlif növlərdə olan silah-sursatın əksəriyyəti döyüşə tam yararlı vəziyyətdədir. Tərtər rayon Polis Şöbəsindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, döyüş ləvazimatları əhali arasında aparılan profilaktik tədbirlər nəticəsində sakinlər tərəfindən könüllü şəkildə təhvil verilib. Sakinlərdən 2 ədəd karabin silah, 1 ədəd ov silahı, 12 ədəd qumbara, 3 ədəd müxtəlif növlü tapança, 1 ədəd hərbidə istifadə olunan radiostansiya, 1 ədəd süngü bıçağı, 1500 ədəd müxtəlif kalibrli patronlar və 1 ədəd hərbi də istifadə olunan radiostansiyanın bloku götürülüb. Təkcə bu ilin ayrı-ayrı vaxtlarında xeyli sayda döyüş sursatını polisə orqanlarına təhvil verilib. Bu ilin ayrı-ayrı vaxtlarında isə yerli sakinlərdən ümumilikdə 3 ədəd avtomat silah, beş ədəd tapança, üç ədəd ov tüfəngi, 4 ədəd karabin silah, 31 ədəd qumbara, 1 ədəd tank əleyhinə qumbara, 2 ədəd süngü bıçağı, 38 ədəd avtomat darağı, 3 ədəd radiostansiya, 3500 ədəd müxtəlif kalibrli patronlar yığılmışdır. Döyüş ləvazimatları, onların hər hansı cinayətdə istifadə edilib-edilmədiyi müəyyən olunduqdan sonra daxili işlər nazirliyinin silah-sursat anbarına təhvil veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR