Bank Of Baku

Məhkəmə ACP və “Bakı Zaman” qəzetinə qərargahı tərk etmək üçün bir ay vaxt verib

Məhkəmə ACP və “Bakı Zaman” qəzetinə qərargahı tərk etmək üçün bir ay vaxt verib
# 09 sentyabr 2008 12:51 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Apelyasiya Məhkəməsi Açıq Cəmiyyət Partiyasının (ACP) və “Bakı Zaman” qəzetinin İçərişəhər, Kiçik Qala küçəsi, 128-də yerləşdiyi qərargahdan çıxması ilə bağlı qərar qəbul edib. ACP-dən APA-ya verilən məlumata görə, məhkəmə iclasında partiyanın Səbayel rayon Məhkəməsinin qərarından verdiyi şikayətə baxılıb və birinci məhkəmə instansiyasının qərarı qüvvədə saxlanılıb. Qərargahı tərk etmək üçün partiya və qəzeti bir ay vaxt verilib.

Partiya liderinin müşaviri Yaqub Abbasov APA-ya bildirib ki, bina sahibi ilə icarə müqaviləsini o bağlayıb və bu müqavilənin vaxtı bir neçə ay əvvəl bitib: “Amma onlar müqavilənin müddətini uzatmadılar və məhkəməyə müraciət etdilər. Biz bir ay müddətinə özümüzə yeni qərargah tapmalıyıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR