Bank Of Baku

Gəncə yolunda avtomobil yanaraq külə dönüb

Gəncə yolunda avtomobil yanaraq külə dönüb
# 09 sentyabr 2008 14:01 (UTC +04:00)
Samux. Nəzakət Məşədiəliqızı –APA. Bu gün Samux rayonun İnstitut qəsəbəsində İmamzadə-Gəncə yolunun 1-ci kilometrliyində 20- BA - 863 dövlət nömrə nişanlı QAZ -24 markalı avtomobil yanıb. Samux rayon Polis Şöbəsinin baş müstəntiqi Yusif Məhərrəmovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, avtomobil həm qaz, həm də benzin yanacaq sistemi ilə təmin olunub. Ehtimallara görə, yanğın nasazlıq nəticəsində yaranıb. Avtomobilin sürücüsü Abdulla Azər oğlu Məmmədov APA – nın yerli bürosuna bildirib ki, əvvəlcə maşının motor hissəsindən tüstü çıxıb, daha sonra maşın alovlanıb. Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR