Bank Of Baku

Millət vəkili Tovuz rayonunun Ermənistanla həmsərhəd Koxa Nəbi kəndində olub

Millət vəkili Tovuz  rayonunun Ermənistanla həmsərhəd Koxa Nəbi kəndində olub
# 09 sentyabr 2008 15:33 (UTC +04:00)
Tovuz. Nəzakət Məşədiəliqızı - APA. Millət vəkili Qənirə Paşayeva Tovuz rayonunun Ermənistanla həmsərhəd Koxa Nəbi kəndində olub. APA –nın Qərb bürosunun məlumatına görə, Ermənistanla sərhəddən təxminən 100 metr məsafədə yerləşən kəndin sakinləri millət vəkilinə son günlər iri çaplı silahlardan daha tez – tez atəşə məruz qaldıqlarını bildiriblər. Onlar qeyd ediblər ki, ermənilər sahələrdə çalışan insanlara da atəş açırlar. Q. Paşayeva APA - nın yerli bürosuna açıqlamasında ermənilərin dinc sakinlərə atəş açmasını Avropa Şurasının Parlament Assambleyasında qaldıracağını deyib “Eyni zamanda kənd sakinlərinin başqa bir çox problemləri də var. Kəndin yolları bərbad haldadır, su yoxdur, təbii qazı hələ çəkilməyib, tibb məntəqələri və məktəb bərbad vəziyyətdədir. Bu problemlərin tezliklə həll olunması üçün həm rayon səviyyəsində, həm də aidiyyəti orqanlarla danışıqlar aparacam".
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR