Bank Of Baku

Azərbaycanın Qax rayonunda dəhşətli yol qəzası baş verib, dörd nəfər ölüb

Azərbaycanın Qax rayonunda dəhşətli yol qəzası baş verib, dörd nəfər ölüb
# 10 sentyabr 2008 07:19 (UTC +04:00)
Zaqatala istiqamətində yüksək sürətlə hərəkət edən “Mercedes” markalı, 10 LN 220 dövlət nömrə nişanlı avtomobil yol kənarındakı dayanacağa çırpılıb, dayanacağın üzərində olan beton piltə avtomobilin üstünə düşüb. Qəza nəticəsində avtomobilin sürücüsü Yusif Aydın oğlu Yunusov, onun qardaşı Adil Yunusov, maşında olan digər sərnişinlər Elşən Yusif oğlu Mehdiyev və onun oğlu Sərxan Mehdiyev hadisə yerindəcə keçiniblər.

İlkin ehtimallara görə, qəzanın baş verməsinə sürücünün sükan arxasında yuxulaması səbəb olub. Faktla bağlı Qax RPŞ tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Elşən Mehdiyev və oğlu Sərxan Mehdiyev Rusiya vətəndaşlarıdırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR