Bank Of Baku

Moskvada azərbaycanlılarla çeçenlər arasında baş verən silahlı toqquşmanın iştirakçıları barışıblar

Moskvada azərbaycanlılarla çeçenlər arasında baş verən silahlı toqquşmanın iştirakçıları barışıblar
# 10 sentyabr 2008 09:17 (UTC +04:00)
Moskva-APA. Avqustun 25-də Moskvanın cənubunda yerləşən “Şərq mətbəxi” kafesində çeçenlərlə azərbaycanlılar arasında baş verən toqquşma sülhlə yekunlaşıb. APA-nın məlumatına görə, toqquşmada xəsarət alanlar qarşı tərəfə qarşı iddia irəli sürməkdən könüllü imtina ediblər. Bu səbəbdən üç nəfərin yaralanması ilə nəticələnən insidentə görə cinayət işi başlanmayacaq.

Xatırladaq ki, Avqustun 25-də Moskvanın cənub-qərbində çeçen milisləri ilə azərbaycanlılar arasında baş verən silahlı toqquşmada bir soydaşımız güllə yarası alıb. İnsident özbəklərə məxsus kafedə baş verib. Moskvada ezamiyyətdə olan çeçen milisi soydaşlarımızdan birini güllələyib. Güllə yarası almış soydaşımız xəstəxanaya çatdırılıb. Davada çeçen milislərdən biri bıçaq yarası alıb. İnsidentin səbəbkarları olan çeçen milislərin Moskvaya ezamiyyətlə əlaqədar gəldiyi bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR