Bank Of Baku

Sverdlovskda Azərbaycan vətəndaşından 3,5 kiloqram heroin götürülüb

Sverdlovskda Azərbaycan vətəndaşından 3,5 kiloqram heroin götürülüb
# 10 sentyabr 2008 09:58 (UTC +04:00)
Sverdlovsk-APA. Sverdlovskda həyata keçirilən əməliyyat zamanı 50 yaşlı Azərbaycan vətəndaşının idarə etdiyi “BMW X5” markalı maşından 2,645 kiloqram heroin və 34 min rubl pul götürülüb. APA-nın məlumatına görə, soydaşımız saxlanan zaman hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərib. Saxlanan şəxsin üzərinə baxış keçirilən zaman daha 800 qram heroin aşkarlanıb. Narkotik maddələrin Sverdlovsk vilayətinə satış məqsədilə gətirildiyi bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR