Bank Of Baku

Azərbaycan boksçusu Vüqar Ələkbərov məhkəmə zalından azadlığa buraxılıb

Azərbaycan boksçusu Vüqar Ələkbərov məhkəmə zalından azadlığa buraxılıb
# 10 sentyabr 2008 10:22 (UTC +04:00)
Qohumları jurnalistlərə boksçunun günahı sübuta yetirilmədiyinə görə, məhkəmənin onun azadlığa buraxılması barədə qərar qəbul etdiyini bildiriblər. Məhkəmə prosesi qapalı keçirilib, mətbuat nümayəndələri prosesə buraxılmayıb.

Məhkəmədən isə APA-ya bildirilib ki, V. Ələkbərovun təqsirləndirildiyi 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddə 322.2 ci (özbaşınalıq (eyni əməllər zor tətbiq etməklə törədildikdə)) maddəyə tövsif olunub. V. Ələkbərov həmin maddə ilə müəyyən edilən cəzanı (3 ay 23 gün) çəkdiyindən azadlığa buraxılıb.

Qeyd edək ki, V. Ələkbərov məhkəmənin dünən keçirilən iclasında sərbəst ifadə verərək ibtidai istintaqda verdiyi bütün ifadələrdən imtina edib. O, Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub. Boksçu K. Quliyevi hədələyərək, ondan 10 min ABŞ dolları tələb etməkdə təqsirləndirilib. V. Ələkbərov bu ilin mayın 16-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR