Bank Of Baku

Hacıqabul və Bakıda baş verən yol qəzaları ölümlə nəticələnib

Hacıqabul və Bakıda baş verən yol qəzaları ölümlə nəticələnib
# 10 sentyabr 2008 11:01 (UTC +04:00)
Bakı-APA. Bu gün saat 06.00 radələrində Hacıqabul rayonunun Muğan qəsəbəsi ərazisində Yevlax rayon sakini, Balabəy Bəşirov "VAZ-2106" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən "KamAZ" markalı avtomaşına vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, B. Bəşirov və sərnişini 45-50 yaşlı kişi hadisə yerində ölüb. Sentyabrın 9-da saat 18.30 radələrində isə Nardaran qəsəbəsi ərazisində, qəsəbə sakini Firdovsi Orucovun idarə etdiyi "Mercedes" markalı və Mehman Fərmanovun idarə etdiyi "VAZ-21011" markalı avtomaşını idarə edərkən Gülnarə Həsənovanı vurub. Nəticədə G. Həsənova hadisə yerində ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR